"İnter Mayami" azarkeşləri komandanın məşhur futbolçusu Lionel Messini tənqid ediblər.
QOL.az xəbər verir ki, “İnter Mayami” KONKAKAF Çempionlar Liqasın yarımfinalında "Vankuver Uaytkeps"ə uduzaraq (1:1, 1:3) turnirdə mübarizəni dayandırıb. Məyusedici nəticədən sonra azarkeşlər kapitan Lionel Messini tənqid atəşinə tutublar.
Onlardan bəzilərinin fikirlərini təqdim edirik: "Cəhənnəm olsun o ağlayan Messi və qoca Suares!", "Messi yoxa çıxıbsa, bu barədə açıqlama verin", "Messinin klubu tərk etməsini istəyirik. O, komandanın inkişafına mane olur. Cənab Bekhem, xahiş edirəm ona deyin ki, özünə yeni klub tapsın".
Xatırladaq ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"nin formasını geyinir.