AZ

Dünyanın ən böyük elektrik gəmisi suya salındı - FOTO

Avstraliyanın Hobart şəhərinin limanında istehsalçısının dünyanın ən böyük gəmisi adlandırdığı elektrik gəmisi suya salınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.

Məlumata görə, "Incat" şirkəti tərəfindən yaradılmış "Hull 096" gəmisinin uzunluğu 130 metr təşkil edir. Gəmi 2100 sərnişin və 225 nəqliyyat vasitəsi tutumuna malikdir.

Qeyd olunub ki, gəmi ancaq akkumulyatorlardan əldə edilən elektrik enerjisi ilə işləyəcək. Onların çəkisi 250 ton təşkil edir.

Gəmiqayırma şirkəti bu layihəni indiyədək həyata keçirdikləri sırasında ən mürəkkəb və iddialı olaraq xarakterizə edib.(oxu.az)

 

Seçilən
0
avtosfer.az

1Mənbələr