ABŞ-də səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç səyahətini yarımçıq qoyaraq ölkəsinə qayıdacaq.
APA “RTS” telekanalına istinadən xəbər verir ki, buna səbəb onun səhhətinin mayın 2-də gözlənilmədən pisləşməsidir.
Telekanalın məlumatında o da bildirilir ki, artıq Vuçiçin ABŞ-da planlaşdırılan bütün görüşləri ləğv edilib.