Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda bu gün daha iki oyun keçiriləcək. Günün ilk matçında "Şamaxı" autsayder "Səbail"lə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Digər görüşdə isə üçüncü yerə iddialı olan "Araz-Naxçıvan" "Sabah"ı sınağa çəkəcək. “Liv Bona Dea Arena"dakı oyun saat 19:30-da başlayacaq.
Mətləb