Almaniyalı politoloq Andres Vüst öz sosial şəbəkə hesabında I Fransiskin ölümündən sonra Avropa qitəsində baş verə biləcək siyasi hadisələrdən yazıb. Vüstün fikrincə, Fransa prezidenti Emmanuel Makron yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etməyə çalışır.
Yenisabah.az xəbər verir ki, politoloq Makronun qitə miqyasında baş verən siyasi proseslərə tez-tez müdaxilə etdiyini diqqətə çatdırıb:
“Fransa Ukrayna məsələsində olduğu kimi, bu mövzuda da əsas fiqur olmaq niyyətindədir. Almaniyanın Kiyevə olan hərbi dəstəyi Parisin yardımları ilə müqayisədə dəfələrlə daha çoxdur. Amma qitədə Rusiya ilə müharibəyə can atan yeganə şəxs Makrondur. Əsrlərdir papanın seçilməsinin konkret qaydası var.
Markon isə bu ənənəni pozmağa çalışır. Daha dəqiq desək, fransızlar qitədə şəriksiz lider olmaq istəyir. Bu isə mümkün deyil. Avropa Birliyi yarım əsrdən çoxdur ki, fərdi liderlə deyil, kollektiv idarəetmə qaydasında idarə edilir. Hazırki şərait birlik tələb edir, hansısa şəxslərin maraqlarını yox”.
Qeyd edək ki, 2 fransız kardinal – Jan Mark Avelin və Fransua Bustillo papa olmağa əsas namizədlər sırasındadır.
Telegram kanalımız