AZ

Tramp istədiyini almasa, NATO sammitinə getməyəcək

Alyansın Avropa üzvü olan ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılıq verməsələr, ABŞ Prezidenti Donald Tramp iyunda Haaqada keçirilməsi planlaşdırılan NATO sammitində iştirak etməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə "Der Şpigel" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-ın NATO-ya yeni təyin olunmuş səfiri Metyu Uitaker NATO-nun hər iclasında müttəfiqlərin müdafiə büdcəsini ÜDM-in 5%-ə çatdırmaqda israr edir. Əvvəlcə bu tələblər, xüsusən də Almaniyada şübhə ilə qarşılansa da, lakin indi ciddi tələb kimi qəbul edilir.

Qeyd olunur ki, Trampın tələbləri yerinə yetirilmədiyi təqdirdə onun sammitə səfərinin ləğv edilməsi ehtimalını səsləndirən də məhz Uitaker olub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr