AZ

Bir gündə dörd intihar - biri qadındır

BAKI, 3 may. TELEQRAF

Ötən gün Azərbaycanda dörd nəfər intihar edib.

Teleqraf-ın əldə etdiyi xəbər görə, hadisələrdən biri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

Mayın 2-də 1969-cu il təvəllüdlü Vəsilə Murtuz qızı Salahova yaşadığı Şüvəlan qəsəbəsindəki evdə özünə qəsd edib.

Həmin gün Abşeron rayonunun Digah kəndində 1988-ci ildə anadan olmuş Əlibaxış Gülrza oğlu Ağayevevinin həyətində özünü öldürüb.

Digər hadisə Quba rayonunun Qalayxudat kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü
Ədalət Gülməddin oğlu Sultanov yaşadığıevin həyətində intihar edib.

Qəbələ şəhəri Z.Əliyeva küçəsində yaşayan 1988-ci ildə təvəllüdlü Anar Vahiz oğlu Zamanov da mayın 2-də özünə qəsd edib.

İntihar faktları ilə bağlı rayon prokurorluqlarında araşdırma aparılır.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr