AZ

“Əl-Hilal” Xorxe Xesusu istefaya göndərdi


Portuqaliyalı Xorxe Xesus artıq “Əl-Hilal”ın baş məşqçisi deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.  
Məlumata görə, mütəxəssislə müqaviləyə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) iki gün sonra xitam verilib.
Xesus “Əl-Hilal”a ikinci gəlişi zamanı Səudiyyə Ərəbistanı çempionluğu ilə yanaşı, iki Superkubok və bir Kral Kubokunu qazanıb.
Onun müqaviləsi daha bir il qüvvədə idi.
Ümumilikdə, portuqaliyalı klubun sükanı arxasında 130 oyun keçirib. Bu oyunlarda 101 qələbə, 18 heç-heçə və 11 məğlubiyyət qeydə alınıb. Top fərqi isə 354:115 olub.
Seçilən
0
yeniavaz.com

1Mənbələr