AZ

Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir - Ombudsman

Bakı. Trend:

Ombudsman Səbinə Əliyeva Şuşa və Xocalıda aşkar olunmuş kütləviməzarlıqlarla bağlı öz münasibətini bildirib.

Trend xəbərverir ki, Ombudsman Səbinə Əliyeva bildirib:

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş Şuşa şəhərininyaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayındaaparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həminməzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aidolduğu ehtimal edilir. Aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşızorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsidövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə vəinsanlıq əleyhinə cinayətlərin törədildiyini bir dahatəsdiqləyir.

Qeyd etməliyik ki, indiki məlumata əsasən ErmənistanınAzərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxskimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləviməzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsiistiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxınsoydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davametməkdədir”.

“Təəssüf hissi ilə bildiririk ki, tərəfimizdən dəfələrləmüraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələnöhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkindüşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycanatəqdim etməkdən boyun qaçırır.

Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasənüzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmişşəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdimetməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdimolunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir", - S.Əliyeva əlavə edib.

Seçilən
0
13
az.trend.az

10Mənbələr