"Real"ın növbəti mövsümdən etibarən baş məşqçisinin Xabi Alonso olacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssislə birlikdə "Bayer"dəki oyunçusu Conatan Ta da "kral klubu"na qoşulacaq. O, aylar öncə "Real"a təklif olunsa da, Madrid təmsilçisi onunla maraqlanmamışdı. Lakin Alonsonun gəlişi işləri dəyişib.
Bu barədə "The Athletic" məlumat yayıb.
Tanın "Bayer"lə müqaviləsi cari mövsümün sonu bitir. O, yayda azad agent olacaq.
Onun vəziyyətini "Barselona" və "Bavariya" da yaxından təqib edir.