Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.
Kişilər
73 kq
Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) - Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibini gözləyir.
81 kq
Süleyman Şükürov 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamızın heyətində bir gün öncə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb. Turnir mayın 4-də başa çatacaq.
İdman.biz