AZ

ABŞ Rumıniya ilə vizasız rejmi ləğv etdi

BAKI, 3may. TELEQRAF

ABŞ hakimiyyəti Rumıniya ilə ölkənin keçmiş prezidenti Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya tərəfindən tətbiq edilən vizasız rejimi ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Daxili Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.

"Rumıniya 2025-ci il yanvarın 9-da siyahıya daxil edilib, lakin bu təyinat 2025-ci il mayın 2-də ləğv olunanadək həyata keçirilməyib. Yeni qaydaların martın 31-də qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin Daxili Təhlükəsizlik Departamenti araşdırma aparmaq üçün proqramı dayandırdı. Nəticədə sərhəd və immiqrasiya təhlükəsizliyini təmin etmək məqsədilə onun ləğv edilməsi barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunub.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr