Bakı. Trend:
Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirənLOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli havagəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətininqəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geridönmək qərarı almış və məcburi eniş sorğusu göndərmişdir.
Hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla enişetmişdir. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşlarıyönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardımgöstərilmişdir. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davametdirməsinə icazə verilməmiş və o, tibbi nəzarətəgötürülmüşdür.
Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavətexniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlərtəyyarədən təxliyə edilərək hava limanında müvəqqətiyerləşdirilmişdir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərintəhlükəsizliyini və rifahını hər zaman prioritet olaraq qəbul edirvə bu kimi hallarda operativ koordinasiya ilə beynəlxalq xidmətstandartlarına uyğun yüksək səviyyəli əməliyyat tədbirlərini həyatakeçirməyə davam edir.