AZ

Çində helikopter qəzası olub, ölən var

Çində helikopter qəzası olub, ölən və yaralananlar var

Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində baş vermiş helikopter qəzası nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, “Robinson R44 II” tipli helikopterin pilotu eniş zamanı idarəetməni itirib və hava nəqliyyatı vasitəsi təxminən 10 metr hündürlükdən yerə çırpılıb. Hadisə nəticəsində helikopterdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı yerdə olan bir nəfər isə həyatını itirib.

Seçilən
0
5
operativmedia.az

6Mənbələr