AZ

Tibbi-sosial aksiya keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

"Qadın sağlamlığı" İctimai Birliyinin və Milli Onkologiya Mərkəzinin birgə təşəbbüsü ilə mayın 4-də Binəqədi rayonunda tibbi-sosial aksiya keçiriləcək.

Bu barədə AZƏRTAC-a verilən məlumatda bildirilir ki, aksiyada rayonun Mənzil-Kommunal İstismar sahələrində çalışan 200 qadın müayinə olunacaq.

Diqqətə çatdırılıb ki, aksiyaların ölkəmizin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.

 

Seçilən
0
azertag.az

1Mənbələr