"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün gedişində heyətlə bağlı səhvlər buraxdığını edib.
Offsideplus.az xəbər verir ki, ispan çalışdırıcı oyunlara düzgün futbolçu seçimi etmədiyini dilə gətirib.
"İndi düşünürəm, niyə Niko O'Rayli noyabrda, dekabrda, yanvarda, fevralda oynamırdı... Ceyms Makeyti həmçinin. Mən bunu etməli idim. Həmin vaxt fikirləşirdim ki, onlar hazır deyillər. Baxın nə baş verdi. Onlar hazırdırlar, buna görə oynayırlar", - deyə Qvardiola bildirib.
Qeyd edək ki, "Mançester Siti" bu mövsüm həm Çempionlar Liqası, həm də İngiltərə Premyer Liqasında uğursuzluğa düçar olaraq tutulsuz qalıb.