AZ

Şahzadə Harri atası Kral Çarlzla barışmaq istəyir

Şahzadə Harri Kral ailəsi ilə barışmaq istədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə “BBC”yə danışıb.

Şahzadə müsahibəsində hazırda atası Kral III Çarlzın onunla danışmadığını deyib: “Mən daha mübarizə aparmaq istəmirəm və bilmirəm atamın nə qədər vaxtı qalıb”.

Harri ailəsi ilə ötən illərdə yaşanan fikir ayrılıqlarını nəzərdə tutaraq artıq onları bağışladığını və barışığa hazır olduğunu vurğulayıb.

“Ailəmlə barışmaq istərdim. Davamlı mübahisələrin mənası yoxdur”, - deyə o əlavə edib.

Seçilən
0
publika.az

1Mənbələr