AZ

Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu yarışa qoşulur

BAKI, 3 may. TELEQRAF

Bu gün Azərbaycanın daha iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə qoşulacaq.

Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Vüsal Qələndərzadə çinli Cunlonq Qou və qazaxıstanlı Angsarbek Gainullin cütünün qalibi ilə qarşılaşacaq.

81 kq-da Süleyman Şükürov isə Monqolustan təmsilçisi Batsuqar Qansuxla üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr