Bakı. Trend:
Hindistanın cənubundakı Qoa ştatında dini mərasim zamanı yarananizdiham nəticəsində azı 6 nəfər həlak olub, 50-dən çox insanmüxtəlif dərəcəli xəsarətlər alıb.
Trend xəbər verirki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə ştatın şimalında yerləşən Şirqaon məbədi yaxınlığındakeçirilən illik dini yürüş zamanı baş verib. Minlərlə zəvvarınqatıldığı mərasimdə qəfil çaxnaşma yaranıb. Şahidlərin sözlərinəgörə, insanlar yürüşü tərk etməyə çalışarkən sıxlıq yaranıb vənəticədə izdiham yaşanıb.
Hadisə yerinə fövqəladə hallar və polis əməkdaşları cəlb edilib.Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hazırda başverənlərlə bağlı araşdırma aparılır.
İlkin ehtimallara görə, faciəyə səbəb yürüş zamanı təhlükəsizliktədbirlərinin və kütləyə nəzarət mexanizmlərinin yetərli səviyyədətəşkil olunmaması olub.