Bakı. Trend:
Avstraliyanın Hobart şəhərinin limanında, istehsalçısıtərəfindən dünyanın ən böyük elektrik gəmisi adlandırılan gəmi suyaburaxılıb.
Trend xəbər verirki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, “Incat” gəmiqayırma şirkəti tərəfindən istehsaledilən və “Hull 096” adlandırılan gəmi 130 metr uzunluğa malikdir.Gəmi 2100 sərnişin və 225 avtomobil daşımaq qabiliyyətinəmalikdir.
Tamamilə elektrik enerjisi ilə işləyən gəmi yalnızakkumulyatorlardan istifadə edir. Bu akkumulyatorların ümumi çəkisi250 ton təşkil edir.
İstehsalçı bu layihəni şirkətin indiyədək həyata keçirdiyi ənçətin və iddialı layihə adlandırıb.