Almaniya millisinin əfsanəvi kapitanı və “Qızıl top”un sahibi Lotar Matteus Avropa mətbuatında müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, o, bu dəfə futbola görə gündəmə gəlməyib. 64 yaşlı keçmiş futbolçu 26 yaşlı model Tereza Sommerlə görüşür. Onlar Terezanın iştirak etdiyi Avstriyanın nüfuzlu “Ischgl” xizək kurortunda birlikdə görüntüləniblər.
Sommer təkcə model deyil, həm də İqtisadiyyat və Menecment üzrə təhsil aldığı London Kral Kollecinin məzunudur. Həmçinin Durham Universitetində Psixologiya kursunu bitirib. Uşaq ikən o, peşəkar cüdoçu olub və indi xizək sürmə bacarığı ilə tanınır.
Cütlük birlikdə görüntülənəndən sonra jurnalistlər Matteusdan münasibətləri şərh etməsini istəyiblər. Futbol əfsanəsi soyuqqanlılığını itirməyib: “Biz xizək sürmək üçün buradayıq. Bu, şəxsi məsələdir”.