AZ

Ölkənin ən zəngin adamlarından biri dəhşətli yol qəzasında öldü

Norveçin ən zəngin adamlarından biri olan Viqner Lindal Olaysen Polşada yol qəzasında ölüb.

Publika.az xəbər verir ki, bu barədə "RMF FM" radiostansiyası məlumat yayıb.

Məlumata görə, onun içində olduğu “Jaguar” markalı avtomobil naməlum səbəbdən yoldan çıxaraq ağaca çırpılıb.

Polşa polisi iki nəfərin öldüyünü təsdiqləsə də, onların kimliyini açıqlamayıb.

Qeyd edək ki, 42 yaşlı Olaysen 1972-ci ildə atasının qurduğu "Nova Sea" şirkətinin sahiblərindən biri olub. Şirkət qızılbalıq yetişdirilməsi və emalı ilə məşğuldur. Bu ilin əvvəlində iş adamı şirkətdəki payını qızılbalıq istehsalında dünya lideri olan Norveçin "Mowi" konserninə satıb. Müqavilənin dəyəri təxminən 750 milyon dollar olub.

Seçilən
0
publika.az

1Mənbələr