İsrailin Qəzza zolağının cənubuna endirdiyi hava zərbəsi nəticəsində azı 17 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Bildirilir ki, Xan Yunis şəhərinin bombalanması nəticəsində ölənlər arasında 3 uşaq da var.
Martın 18-də İsrail ordusu Fələstin anklavında hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal HƏMAS hərəkatının ABŞ-nin təkliflərindən imtina etməsi ilə izah edib. Təl-Əviv əməliyyatların məqsədinin bütün girovları azad etmək olduğunu bəyan edib.