AZ

Xərçəngə qalib gəldi: Bacı-qardaş 7 ildən sonra qayıdır

Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya mükafatçıları Maya və Aleks Şibutani karyeralarını bərpa etmək qərarına gəliblər.

Publika.az xəbər verir ki, 2018-ci ilin sonunda Mayaya xərçəng diaqnozu qoyulduğu üçün onlar idmanı tərk etmək məcburiyyətində qalmışdılar.

Bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Maya bir neçə əməliyyat və müxtəlif müalicə kursları keçirib və xəstəliyə qalib gələ bilib.

“Bu yeddi il heç gözləmədiyimiz yollarla bizə meydan oxudu və ilham verdi. Sağlam olduğum və geri qayıtmaq qərarına gəldiyim üçün çox xoşbəxtəm və minnətdaram”, – Maya deyib.

Seçilən
0
publika.az

1Mənbələr