BAKI. 3 may. TELEQRAF
Adı açıqlanmayan yaponiyalı milyarder həyat yoldaşı və uşaqlarının avtomobillərini sınaqdan keçirə bilmələri üçün 200 milyon dollarlıq şəxsi yarış meydançası tikdirib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir, “Magarigawa Club” adlanan şəxsi yarış meydançası Yaponiyanın Çiba prefekturasının dağlıq ərazisində yerləşir. Ümumi uzunluğu iki mildən çox olan yarış meydançası evdən başlayır, eyvanla hovuzun arasından keçir və dağlara qədər uzanır.
Tikintini Bəhreyn və Əbu-Dabi Qran Prisi üçün yarış trasını hazırlayan “Herman Tilke” şirkəti həyata keçirib.
Ümumilikdə 22 döngəsi və çoxsaylı yoxuşları olan “Magarigawa Club” həyat yoldaşını və uşaqlarını sevindirmək istəyən yapon milyarderin şəxsi trası kimi yaradılıb.
Lakin sonradan meydança illik üzvlük haqqı 230.000 dollar olan özəl kluba çevrilib.