AZ

"Amazon"un qurucusu Bezos 25 milyon dollarlıq səhm satmağı planlaşdırır

BAKI. 3 may. TELEQRAF

"Amazon"un qurucusu və milyarder Ceff Bezos şirkətinin 25 milyon dollar dəyərində səhmini satmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına plan barədə bildiriş təqdim edib.

2021-ci ildə şirkətin baş icraçı vəzifəsini tərk edən Bezos "Amazon"un ən böyük səhmdarı olaraq qaldı.

Bezos həmçinin keçən il təxminən 13,5 milyard dollar dəyərində Amazon səhmlərini satdı.

Seçilən
0
teleqraf.com

1Mənbələr