AZ

Jerar Depardye yeni filmə çəkilir

BAKI. 3 may. TELEQRAF

Aktyor Jerar Depardye cinsi qısnama iddialarına baxmayaraq, yeni filmə çəkilir.

Teleqraf xəbər verir ki, bu barədə "BFM.TV" kanalı məlumat yayıb .

Məlumata görə, 76 yaşlı aktyor hazırda Azor adalarında Fanni Ardantın filminə çəkilir.

Cinsi təcavüzdə ittiham olunan Depardyenin artıq kino aləmindən kənarlaşdırıldığı vurğulanırdı.

Bundan əvvəl Depardye vergi fırıldaqçılığı ilə məşğul olub .

Aktyor Jerar Depardye 2013-cü ilin yanvarın əvvəlində Rusiya vətəndaşlığını qəbul edib. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb .

2024-cü ildə Paris prokurorluğu aktrisa Şarlotta Arnula və daha 12 qadın tərəfindən cinsi təcavüzdə ittiham olunan aktyora qarşı istintaq başlatmışdı. 50 fransız mədəniyyət xadimi Depardyenin müdafiəsinə qalxmışdı.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr