AZ

İsveçdə muzeylərə giriş pullu olduqdan sonra ziyarətçi sayı kəskin azalıb

Bakı. Trend:

2023-cü ildə İsveçdə ictimai muzeylərə pulsuz girişin ləğvindənsonra ziyarətçi axını nəzərəçarpacaq dərəcədə azalıb.

Trend xəbər verirki, güzəştli girişin olmamasının artıq üçüncü ili olmasınabaxmayaraq, 32 mərkəzi muzeyin əksəriyyəti bilet qiymətləriniartırıb. Hazırda bir biletin orta qiyməti 160 İsveç kronu (təxminən15 ABŞ dolları) təşkil edir.

Ən bahalı muzeylər sırasında “Skansen” açıq hava muzeyi vəzooparkı yer alır. Bu mərkəz əvvəldən də pulsuz giriş proqramınadaxil deyildi. Mövsümdən asılı olaraq “Skansen”də bilet qiymətləri220 ilə 285 kron (20-26 dollar) arasında dəyişir. Rəhbərlik bunuonunla əsaslandırır ki, kompleks 300 min kvadratmetrlik nəhəngərazini əhatə edir və dövlət tərəfindən maliyyə dəstəyi xərclərinyalnız kiçik bir hissəsini qarşılayır.

“Skansen” rəhbərliyi bildirib: “Biz istəyirik ki, bu məkan canlıvə açıq qalsın. Amma təmir aparılmazsa, hər şey dağılacaq. Uşaqlarüçün girişi pulsuz etmək istərdik, lakin iqtisadi durum buna imkanvermir”.

Əvvəllər pulsuz olan bir sıra muzeylərdə, məsələn, İqtisadiyyatvə Tarix Muzeyləri ilə Silah Palatasında da qiymət artımı başverib. Burada bilet qiymətləri 150-dən 180 krona (14-17 dollar)yüksəlib. Bu muzeylər “Dövlət Tarix Muzeyləri” qurumuna daxildir vəqiymət artımı kinoteatr və digər mədəni tədbirlərlə müqayisəedilərək, istismar xərcləri nəzərə alınmaqla həyata keçirilib.

Bununla belə, bəzi mədəniyyət ocaqları, məsələn, ArkDes Memarlıqvə Dizayn Muzeyi giriş haqqından imtina edib. Rəhbərliyin sözlərinəgörə, bu addım ziyarətçi sayını iki dəfə artırıb.

Seçilən
0
az.trend.az

1Mənbələr