Bakı. Trend:
ABŞ-nin Texas ştatında təzə zərb olunmuş sikkələri daşıyan yükmaşını magistral yolda aşıb.
Trend xəbər verirki, "Fox4news.com"un məlumatına görə, qəza nəticəsində magistralyola təxminən 800 min dollar (8 milyon sent) səpələnib.
Texas İctimai Təhlükəsizlik Departamentinin bildirdiyinə görə,yük maşını yoldan çıxaraq aşıb və daşıdığı sikkələr geniş əraziyəyayılıb. Hadisə yerində yolu və çiyinləri təmizləmək üçün işçilərkürəklərdən, tozsoranlardan və əl ilə toplama üsullarından istifadəediblər. Təmizlik işləri təxminən 14 saat davam edib.
Qəza nəticəsində qiymətli yük daşıyan 18 təkərli yük maşınınınsürücüsü və sərnişini yüngül xəsarətlər alıb və xəstəxanayayerləşdirilib. Hər ikisinin vəziyyətinin stabil olduğubildirilir.