BAKI. 3 may. TELEQRAF
Krımda yerləşən Feodosiya və Kerç şəhərlərinin səmasında güclü partlayışlar müşahidə edilib.
Teleqraf teleqram kanallarına istinadən xəbər verir ki, partlayışlar hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarını vurması nəticəsində baş verib.
"Yerli sakinlərin sözlərinə görə, Krım körpüsünə giriş bağlanıb. Hazırda zərərçəkənlər və dağıntılar barədə rəsmi məlumat yoxdur", - Rusiyanın SHOT teleqram kanalı yazır.
Bundan başqa, PUA hücumu və hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində Rostov vilayətinin Selina bölgəsində güclü partlayış baş verib, daha sonra yanğın başlayıb.
Krasnodar vilayətinin Slavyansk-na-Kubani şəhərinin sakinləri də şəhər səmasında üç partlayış baş verdiyini, daha sonra isə hava həyəcanının işə düşdüyünü bildiriblər.