Rusiya ordusuna cari hücum və itki templərini saxlamaqla, hələ işğal olunmamış Ukrayna ərazilərini ələ keçirmək üçün təxminən 230 il lazım olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.
Nəşr bildirib ki, bu, təxminən 490 min kv. km və ya Ukraynanın 81 %-nə barabərdir. Həmçinin bu zaman Rusiyanın təxminən 101 milyon hərbçisinin həlak olacağı da qeyd edilib.
Belə ki, Ukraynanın ümumi sahəsi 603 000 kv. km-dən çoxdur, Rusiya qoşunları 2022-ci ilin fevralından etibarən ölkə ərazisinin təxminən 19 %-ni tutub. Ukrayna torpaqlarının əsas hissəsini Rusiya Silahlı Qüvvələri işğalın ilk həftələrində ələ keçirib. Keçən il ərzində onların nəzarət zonası Ukrayna ərazisinin yalnız 0,5 %-i qədər artıb.