Lautaro Martinesin zədəsinin xarakteri məlum olub.
“İnter”in hücumçusu Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə matçın ilk yarısında budundan zədələnib . Argentinalı ikinci hissədə meydana çıxmadı.
Aut.az xəbər verir ki, bu gün məlum olub ki, argentinalı forvardın sol budunun əyilmə əzələsi dartılıb. “İnter” bərpa müddəti ilə bağlı heç bir məlumat verməyib. Tankredi Palmeyranın sözlərinə görə , Lautaro 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.