SSRİ-yə məxsus, çəkisi təxminən yarım ton olan planetlərarası "Kosmos-482" stansiyası yaxın günlərdə Yerə düşəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Mütəxəssislər cihazın yaşayış məntəqələrinə düşmə təhlükəsinin olduğunu bildirirlər.
Orbital parametrlər əsasında aparılan hesablamalar göstərir ki, aparat tamamilə quru üzərinə, çox güman ki, Misir, Suriya, Türkiyə və Azərbaycan ərazisinə düşə bilər. Ona görə də modulun yaşayış məntəqələrinə düşməsi riski var.
Qeyd edək ki, söhbət 1972-ci ildə Veneraya buraxılan, lakin Yer orbitində qalan “Kosmos-482” stansiyasının eniş modulundan gedir.