BAKI. 3 may. TELEQRAF
Amerikalı müğənni və bəstəkar, o cümlədən dünyaca məşhur "I Kissed a Girl" hitinin ifaçısı Jill Sobule faciəvi şəkildə ölüb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, o, qonaq getdiyi dostunun evində baş verən yanğın nəticəsində dünyasını dəyişib.
"Jill Sobulenin ifa etdiyi musiqilər mədəniyyətimizi daha da zənginləşdirmişdi. Mən onunla işləməkdən çox zövq alırdım. Müştərimi və dostumu itirdim. Ümid edirəm ki, onun musiqisi və irsi yaşayacaq, başqalarını ruhlandıracaq", - sənətçinin meneceri bildirib.
Jill Sobule amerikalı müğənni, aktrisa və bəstəkardır. O, 1995-ci ildə çəkilmiş "Clueless" filminin soundtrakı da daxil olmaqla, "I Kissed a Girl" və "Supermodel" mahnıları ilə məşhurdur.
Müğənni 1997-1998-ci illərdə Sobule Lloyd Colenin "The Negatives" qrupuna qoşulub.
O, həmçinin "Şüurun itirilməsi", "Ürəyimin rahatlığı" kimi filmlərində də rol alıb.