ABŞ-da qidalanma sahəsində araşdırmaları ilə tanınan 102 yaşlı Dr.Con Şarffenberq bir əsri geridə qoymağının sirrini açıqlayıb.
Axar.az xəbər verir ki, Şarffenberq bu barədə “Viva Longevity!” Yutub kanalına açıqlamasında deyib.
“Yemək saatlarından başqa yeməkdən, ətdən, doymuş yağların istifadəsindən, siqaret və spirtli içkidən uzaq durmaq, şirniyyat azaltmaq, xüsusilə 40 yaşından sonra daha hərəkətli olmaq lazımdır”, - Şarffenberq bildirib.