BAKI. 3 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin "Traktor" komandasının ölkə çempionu olmasına reaksiya verib.
Teleqraf-ın məlumatına görə, Mehdi Pezeşkian bununla bağlı "Instaqram" hesabında paylaşım edib.
O, klubun azarkeşlərini çempionluq münasibətilə təbrik edib: "Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər"!
Qeyd edək ki, "Traktor" İran Pro Liqasında sona 2 tur qalmış "Şəms Azər" üzərində 4:0 hesablı qələbə sayəsində tarixində ilk dəfə çempionluğu təmin edib. Komandanın baş məşqçisi 57 yaşlı xorvatiyalı Draqan Skoçiçdir.