BAKI. 3 may. TELEQRAF
BŞ-ın Çikaqo şəhərində 6 yaşlı Fələstin əsilli Vadea Əl-Fayoumeni müsəlman olduğu üçün 26 bıçaq zərbəsi ilə öldürən Cozef Czuba 53 il həbs cəzasına məhkum edilib.
Teleqraf xəbər verir ki, 14 oktyabr 2023-cü ildə Çikaqonun cənub-qərbindəki Plainfield kampusunda ev sahibi, 71 yaşlı Cozef M. Czuba fələstinli ana və oğluna bıçaqla hücum edib.
26 bıçaq zərbəsi alan 6 yaşlı uşaq dünyasını dəyişib, 32 yaşlı ana isə ağır yaralanıb.