Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası DövlətDepartamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID)fəaliyyətinə ayrılan vəsaiti 2,46 milyard dollar azaltmağı təklifedir.
Trend xəbər verirki, bu, Ağ Ev tərəfindən cümə günü açıqlanan 2026-cı maliyyə iliüçün federal büdcə layihəsində əksini tapıb.
Layihəyə əsasən, Tramp administrasiyası xarici ölkələrdəiqtisadiyyat və inkişafın dəstəklənməsi proqramlarına vəsaitayırmamaqla əlavə 8,3 milyard dollar qənaət etməyi planlaşdırır.Belə ki, fövqəladə hallarda beynəlxalq dəstək proqramlarınınazaldılması 3,2 milyard dollar, səhiyyə və ailə planlaşdırmaproqramlarının ixtisarı 6,2 milyard dollar, digər ölkələrə ərzaqtədarükünü nəzərdə tutan proqramların ləğvi isə 1,6 milyard dollarqənaət imkanı yaradacaq.
Ümumilikdə Tramp administrasiyası xarici siyasət məqsədləri üçünayrılan xərcləri 9,6 milyard dollara endirməyi təklif edir. Bu isəhazırkı maliyyə ili ilə müqayisədə 83,7 faiz azalma deməkdir.