Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Torino” doğma meydanda “Venesiya” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
35-ci turun qalan görüşləri mayın 3-də, 4-də və 5-də keçiriləcək.
İtaliya, A Seriyası
35-ci tur
2 may
Torino – Venesiya 1:1
Qollar: Vlaşiç, 75-pen – K.Peres, 36.
3 may
17:00. Kalyari – Udineze
17:00. Parma – Komoo
20:00. Leççe – Napoli
22:45. İnter – Verona
4 may
14:30. Empoli – Latsio
17:00. Montsa – Atalanta
20:00. Roma – Fiorentina
22:45. Bolonya – Yuventus
5 may
22:45. Cenoa – Milan