AZ

Xarkova PUA hücumu olub - 36 nəfər yaralandı

BAKI. 3 may. TELEQRAF

Rusiyanın pilotsuz uçuş aparatları ilə Xarkovun bir neçə rayonuna hücumu nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib.

Teleqraf “Unian”a istinadən xəbər verir ki, hücum nəticəsində 36 nəfər yaralanıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, yaralananlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.

Aviazərbələr vilayətin Slobodski, Kiyev, Osnovyanski və Saltovski rayonlarına endirilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr