AZ

Peruda hərbi gəmi neft platforması ilə toqquşub

Bakı. Trend:

Peruda Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi neftplatforması ilə toqquşub.

Trend xəbər verirki, bu barədə məlumat ölkənin Hərbi Dəniz Qüvvələrinin X sosialşəbəkəsində dərc olunub.

Bildirilib ki, mayın 2-də səhər saatlarında Amazon çayı üzərindəhərəkətdə olan Ucayali adlı hərbi gəmi Napo yaxınlığında Perencoşirkətinə məxsus Manati çayı platformasına çırpılıb.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isəitkin düşüb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davametdirilir.

Toqquşmanın səbəbi hələlik məlum deyil.

Seçilən
0
az.trend.az

1Mənbələr