"Neftçi" ABL-nin final seriyası üzrə "Sabah"a qarşı ilk oyunda uduzub. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Daviti Çivçivadze məğlubiyyəti belə şərh edib:

"Bu çox çətin və super finallara layiq oyun idi. Oyunçularımla fəxr edirəm. Çox böyük iş gördülər. Son hissədə bəzi fitlər oldu ki, oyunun tempini dəyişdirdi. Biz müharibəni yox, döyüşü uduzduq. Qalibiyyət seriyası dördə kimidir. Biz geriyə çox güclü qayıdacağıq".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu 94:89 hesabı ilə başa çatıb, növbəti qarşılaşma mayın 4-də keçiriləcək.