AZ

Qazaxıstan BTC ilə neft ixracının həcmini 20 milyon tona çatdırmaq istəyir



Qazaxıstan Aralıq dənizindən keçən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmini 20 milyon tona çatdırmaq niyyətindədir.

Newscenter.az Kazinform-a istinadən bildirir ki, Aktau limanında hasil edilən neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulur. Bu, Qazaxıstanın Aralıq dənizi regionu ölkələrinə və Türkiyəyə neft tədarükü üçün alternativ yoldur. Ötən il Qazaxıstan eyni nəqliyyat şəbəkəsi ilə 1,4 milyon ton xammal daşıyıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin illik ötürmə qabiliyyəti 50 milyon tondur. Hazırkı müqaviləyə əsasən, Qazaxıstan bu marşrutla ildə 1,5 milyon ton xammal ixrac edə bilər. Azərbaycan bu həcmin 2,2 milyon tona çatdırılmasında maraqlı olduğunu bildirib.

Anar Əliyev
Seçilən
0
newscenter.az

1Mənbələr