AZ

ABŞ-dan ŞOK AÇIQLAMA: Ukraynada müharibə tezliklə bitməyəcək

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Vens bunları söyləyib: “Razılığa gəlmək və bu amansız müharibəyə son qoymaq Ukrayna və Rusiyanın ixtiyarındadır və görünən odur ki, bu tezliklə bitməyəcək. Təbii ki, ukraynalılar işğal olunmaqdan qəzəblənirlər, lakin biz minlərlə əsgəri itirməyə davam edəcəyik".

Bildirək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brus ABŞ-ın danışıqlarda vasitəçi rolundan imtina edə biləcəyinə işarə edib.

"Biz görüşləri asanlaşdırmaq üçün müxtəlif ölkələrə uçuş həyata keçirməyəcəyik"-deyə, Brus bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
0
turkustan.az

1Mənbələr