AZ

Şirvanda ağır qəza nəticəsində biri azyaşlı olmaqla, ailənin 4 üzvü xəsarət alıb

Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki,  hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

 

Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.

 

Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
5
azedu.az

6Mənbələr