AZ

Şirvanda ağır QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı

Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
 

Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 1988-ci il təvəllüdlü Bəşirli Əli Sədaqət oğlu, Abşeron sakini, 1995-ci il təvəllüdlü Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Bəşirova Ayşən İlqar qızı, Şirvan sakini və 2018-ci il təvəllüdlü Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.


Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
0
5
bizim.media

6Mənbələr