BAKI, 2 may. TELEQRAF
Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzrə illik borcu artıb.
Teleqraf xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının hesabatında deyilir.
Ermənistanla yanaşı Qazaxıstan və Qırğızıstanın xarici borcunda artım qeyə alınıb.
Xarici borcun sektorlar üzrə strukturunda ən böyük azalma Belarus üçün bank sektorunda (22,8%), Rusiya üçün isə şirkətlərarası kreditləşmə (30,4%) sahəsində qeydə alınıb. Ən böyük borc artımı Ermənistan və Qazaxıstan üçün bank sektorunda (müvafiq olaraq 16,7% və 17,2%), Qırğızıstan üçün isə digər sektorlarda (41,4%) müşahidə edilib.
Ümumilikdə 2010-cu ildən bu yana Ermənistanın xarici borcu 2,6 dəfə artıb.