AZ

“Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsinin icrası uğurla davam edir

VIII qrant müsabiqəsinin qalibi olan “Təhsil üçün birlik, Birlik üçün incəsənət” layihəsinin icrası uğurla davam edir.

Layihə çərçivəsində keçirilən təlimlərdə şagirdlərə obraz üzərində iş prosesi izah edilir, aktyorluq bacarıqlarının səhnə və gündəlik həyatda inamlı və təsirli olmağa necə kömək etdiyi nümayiş etdirilir. Bununla yanaşı, şagirdlər “Bir həyətin hekayəti” mövzusunda kitabından seçdikləri mövzu əsasında səhnələşdirdikləri tamaşanı Yasamal rayon 53 nömrəli tam orta məktəbdə nümayiş etdirdilər. Layihənin rəhbəri Lalə Qasımova qonaqlara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra 53 nömrəli orta məktəbin  direktoru Tünzalə Zeynalova iştirakçılara uğurlar arzuladı.

Xatırladaq ki, layihə Bakı şəhəri Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktor müavini Lalə Qasımova tərəfindən həyata keçirilir və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə icra olunur. Layihə, şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsi, incəsənət vasitəsilə sülh mədəniyyətinin aşılanması məqsədini daşıyır. Hər məşq günü 4 saat olmaqla 10 gün müddətində tamaşa hazırlanır və məktəbin 100 nəfər azyaşlı şagirdləri üçün 3 dəfə səhnələşdirilir.

image-fb_img_1746212330221 image-fb_img_1746212325520 image-fb_img_1746212322579 image-fb_img_1746212319563 image-fb_img_1746212316531 image-fb_img_1746212313467 image-fb_img_1746212309885 image-fb_img_1746212306808

Seçilən
0
2
moderator.az

3Mənbələr