AZ

"Sabah" "Neftçi"ni ilk görüşdə məğlub etdi

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasına start verilib.

"Football-plus.az" xəbər verir ki, bu gün həlledici mərhələnin ilk oyunu baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası fasiləyə bir xal öndə yollanıb. 3-cü dövrədə daha yaxşı oynayan "ağ-qaralar" 6 xallıq fərq əldə etsələr də, "Sabah" vəziyyəti öz xeyrinə dəyişə bilib. Hassani Qravett 43 xalla 94:89 hesablı qələbədə böyük rol oynayıb. "Neftçi"nin heyətində isə ən məhsuldar basketbolçu 21 xalla Vante Rose olub.

ABL, final
1-ci oyun
2 may
Sabah – Neftçi 94:89 (19:15, 17:20, 20:27, 38:27)

Seçilən
0
2
football-plus.az

2Mənbələr