Almaniyanın Ştutqart şəhərində avtomobilin bir qrup insanın üzərinə sürməsi nəticəsində azı 3 nəfər xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər xidmətləri məlumat yayıb.
“Maşın, görünür, bir qrup insanın üstünə çıxıb. Bir neçə qurban var… Ağır xəsarət alanlar da var”, – idarənin açıqlamasında deyilir.
Hadisənin şəhərin mərkəzində baş verdiyi, avtomobilin sürücüsünün saxlanıldığı qeyd edilir.